(Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski)
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib.
Digər tərəfdən, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, "Cənubi Qafqazda kommunikasiya yollarının açılması ilə əlaqədar" Azərbaycan və Ermənistan tərəfləri ilə müzakirələr aparılacaq. O, Bakı ilə danışıqların Moskvada baş tutacağını vurğulayıb.
|
| Overçuk: "Bakı və İrəvanla müzakirələr aparılacaq" |
Vladimir Putin və Donald Tramp Ankoric şəhərində bu gün Moskva saatı ilə 22:30-da görüşəcəklər. Gündəlikdəki əsas mövzu Ukrayna böhranının həllidir, eyni zamanda, bir sıra digər məsələyə da baxılacaq. Rusiya tərəfindən danışıqlara Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Vyaçeslav Belousov, maliyyə nazirliyi Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPİ) rəhbəri Kiril Dmitriyev də qoşulacaqlar. Görüşün yekununda liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək. Vladimir Putin və Donald Tramp isə axırıncı dəfə 28 iyun 2019-cu il tarixində Yaponiyanın Osaka şəhərində keçirilən "G20" sammitində görüşmüşdülər.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


